Televiziya aparıcısı ilan sancmasından öldü

20:01 | 17.02.2014
Televiziya aparıcısı ilan sancmasından öldü

Televiziya aparıcısı ilan sancmasından öldü

ABŞ-da "National Geographic" kanalının ilanlardan veriliş aparan aparıcısı ilan sancmasından ölüb. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbəinə görə, Kentukki ştatının Middlsboro şəhərinin polisi şənbə günü axşam saatlarında bir nəfərin ilan sancmasından öldüyü barədə məlumat alıb. Hadisə sirkdə baş verib. 

Sonradan məlum olub ki, ilan sancmasından ölən şəxs zəhərli ilanlarla bağlı veriliş aparan Ceymi Kutsdur. 

Məlum olub ki, aparıcı xəstəxanaya çatdırılmaqdan imtina edib. Bir neçə saatdan sonda həkimlər yenidən hadisə yerinə qayıdıblar, bu zaman aparıcı artıq ölübmüş. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti