Televiziya işçilərinin xaricə səfər etməsi qadağan edildi

17:23 | 05.12.2013
Televiziya işçilərinin xaricə səfər etməsi qadağan edildi

Televiziya işçilərinin xaricə səfər etməsi qadağan edildi

Özbəkistanın Milli Teleradio Kompaniyasının (MTK) əməkdaşlarına xaricə səfər etmək qadağan edilib. ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə Azadlıq radiosunun Özbəkistan versiyası (Radio Ozodlik) məlumat yayıb. 

Bu barədə qərar MTK-nın bu həftə baş tutmuş toplantısında verilib. İclasda iştirak edən təklükəsizlik şöbəsinin rəhbəri Fazliddin Xudoykulov bildirib ki, qərarın verilməsinə səbəb "Özbək televiziya kanallarının əməkdaşlarının dövlət sirlərini yaymasının qarşısını almaqdır".

Qadağa təkcə tətil məqsədi daşıyan xarici məzuniyyətlərə deyil, həmçinin Tv əməkdaşlarının xaricdə keçirməyi planlaşdırdıqları bütün məqsədlərə daxildir.  Bu rəsmi qərar TV işçilərinin təkcə xaricə getməsini əngəlləmir, həmçinin onların xarici vətəndaşlarla ünsiyyətini qadağan edir. Qanunu pozanlar işdən xaric ediləcəklər.

Özbəkistan Milli Teleradio Kompaniyasına bir neçə TV və radio kanalı daxildir, həmçinin də Özbəkistanan əsas dövlət telekanalı. MTK-nın kanalı respublikanın bütün regionlarını əhatə edəcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM