Misir televiziyasının videomaterialında tamaşaçılardan biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı erməni və mason adlandırıb.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, aparıcı bu qədər hörmət edilən lideri belə təhqir etməməyə çağırıb. Türkiyənin “Cümhuriyyet” qəzetinin də yaydığı videoda səslənən fikirlərin tərcüməsi zamanı məlum olur ki, efir vaxtı zəng edən bir tamaşaçı Ərdoğanın erməni, hətta mason olduğunu bəyan edir.Aparıcı isə bunun yolverilməz olduğunu vurğulayaraq Ərdoğanı türk və müsəlman olduğunu deyir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !