Təlimlərin keçirilməsində məqsəd nədir? - Kontr-admiral AÇIQLADI

09:24 | 22.06.2021
"Müdafiə Nazirliyinin təsdiq etdiyi 2021-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycanın ərazi sularında ölkənin hərbi, siyasi, iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində enerji infrastrukturlarının müdafiəsi, mühafizəsi, bununla yanaşı sualtı neft-qaz boru xətlərinin monitorinqinin təşkil olunması məqsədi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən bu gündən etibarən təlimlərə başlanılıb".

Bunu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təlimlərdə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstələri, döyüş təminatı gəmiləri, təminedici gəmilər dəstəsi iştirak edəcək: "Təlinin əsas məqsədi gəmi taktiki qruplarının müxtəlif şəraitlərdə döyüş hazırlığının fəaliyyətlərinin təşkil olunması, birgə əməliyyat planlarının işlənilməsi, şəxsiyyətin dəniz vərdişlərinin təkmilləşdirilməsi, gəmi taktiki qruplarının və gəmilərin tək-tək döyüş hazırlığının və onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasını və bir neçə tədbirlər həyata keçiriləcək".

Təlimlər 22-23 iyun tarixlərini əhatə edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM