Telman Əliyev Caspian European Club-un sədrinin birinci müavini təyin edilib

16:04 | 16.12.2015
Telman Əliyev Caspian European Club-un sədrinin birinci müavini təyin edilib

Telman Əliyev Caspian European Club-un sədrinin birinci müavini təyin edilib

Caspian European Club-un yuxarı rəhbərliyinin əmri ilə Telman Əliyev Caspian European Club sədrinin birinci müavini təyin edilib.

Telman Əliyev Caspian Energy İnternational Media Group və Caspian European Club-un çoxillik fəaliyyəti dövründə göstərilən diqqət və etimada görə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un sədri Zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

"Bu, mənim üçün böyük şərəf və məsuliyyətdir. Mənə göstərilmiş yüksək etimadı doğrultmağa çalışacağam. Bundan sonra biznes-hökumət dialoqunun qurulmasında və Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında işgüzar əlaqələrin təşkilində daha fəal iştirak edəcəyəm”, - deyə Telman Əliyev vurğulayıb.

Telman Əliyev həmçinin Caspian European Club-un baş icraçı direktoru vəzifəsinə yeni namizəd seçilənədək bu vəzifə üzrə səlahiyyətləri icra etməyə davam edəcək.

Caspian European Club sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirəm ən nəhəng və ən dinamik inkişaf edən regional təşkilatdır. Caspian European Club Azərbaycanda ayda iki dəfə, Xəzər-Qara dəniz regionu dövlətlərində isə ayda bir dəfə biznes-forum və dəyirmi masalar təşkil edir. Həmin tədbirlər çərçivəsində sahibkarlara dövlət orqanlarının iştirakı ilə biznes problemlərini müzakirə etmək və onların həllinə dair təkliflər irəli sürmək imkanı yaradılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti