Telman İsmayılov Moskva Bankına qarşı iddia irəli sürdü

16:30 | 06.10.2015
Telman İsmayılov Moskva Bankına qarşı iddia irəli sürdü

Telman İsmayılov Moskva Bankına qarşı iddia irəli sürdü

Məhkəmə icraata qarşı iddianı qəbul edib.

İş adamı, Şerkizov bazarının sabiq sahibi Telman İsmayılovun AST qrupuna daxil olan "KBF AST”-nin nümayəndəsi bildirib ki, Moskvanın arbitraj məhkəməsində, VTB qrupuna daxil olan Moskva Bankına qarşı, bankın 213 milyon dollardan çox vəsaitlə əlaqəli iddia işi çərçivəsində qarşılıqlı iddia irəli sürüb.  

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Xəbər verildiyi kimi bank MMC "Ruslayn 2000” ilə 2012-ci ilin 28 sentyabr tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb edib. "KBF AST”-nin nümayəndəsinin sözlərinə görə, məhkəmədə AST qrupu üçün kredit müqaviləsi ağır olub, belə ki, əvvəlcədən yerinə yetirilməsi mümkün olmayan şərtləri olub. Qarşılıqlı iddiada "KBF AST” müqavilənin etibarsız hesab edilməsini istəyir. Məhkəmə icraatçıya qarşı qarşılıqlı iddianı qəbul edib, işin baxışı davam edir.  

Arbitraja iddia 14 iyul tarixində daxil olub, iddia tələblərinin əsası hal-hazırda məlum deyil. Üçüncü şəxs kimi işə Britaniya, Vircinya adalarında qeydiyyatdan keçmiş ofşora aid olan "Ruslayn 2000” MMC cəlb edilib. Bu şirkətin əsas fəaliyyət növü daşınmaz əmlakın idarəsidir.

Bununla yanaşı, Telman İsmayılovun AST qrupuna daxil olan "KBF AST” nümayəndəsi bildirib ki, Moskvanın arbitraj məhkəməsi VTB qurpuna daxil olan Moskva Bankına qarşı, bankın 213 milyon dollardan çox vəsaitlə əlaqədar işə üçüncü şəxs kimi cəlb edilməsi barədə bəyanatını rədd edib. 

Telman İsmayılovun nümayəndəsinin məhkəmədəki sözlərinə görə, o, cari iddianın irəli sürüldüyü borc üzrə kreditin zamini olub.

Amma İsmayılovun nümayəndəsi məhkəməyə zaminlik müqaviləsini təqdim edə bilməyib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM