Telman İsmayılova məxsus “Mardan Palace” hoteli müsadirə olunacaq

16:52 | 29.07.2015
Telman İsmayılova məxsus “Mardan Palace” hoteli müsadirə olunacaq

Telman İsmayılova məxsus “Mardan Palace” hoteli müsadirə olunacaq

Türkiyənin Antalyada şəhərindəki məşhur "Mardan Palace” oteli müsadirə olunacaq.

APA-nın Türkiyənin "Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, "Mardan Palace” hotelinin 2,2 milyon dollar borca görə müsadirə olunması haqda Antalyanın 6-cı İcra Dairəsində qərar çıxarılıb.
 
İstanbul Kadıköy 3-cü İcra Dairəsindən Antalya 6-cı İcra Dairəsinə göndərilən təlimatda "Art Decor” firmasına 2 milyon 254 min 898 türk lirası borca görə hotelin müsadirəsi tələb edilib. Müsadirə haqda qərar verilməsinə baxmayaraq, İstanbuldan təlimatın xərcləri ödənilmədiyi üçün qərar icra olunmur.
 
Qeyd edək ki, Antalya 4-cü İcra Dairəsi tərəfindən Türkiyə Xalq Bankının Adapazarı filialına 100 milyon dollar borca görə iyun ayında satışa çıxarılan "Mardan Palace” hoteli borcun 4 il ərzində 25 milyon dolların ödəniləcəyi ilə bağlı öhdəlik götürüb və müsadirə satış günü ləğv edilib. "Mardan Palace” hotelinin borcları ilə bağlı məhkəmələrdə ümumilikdə 67 iş mövcuddur.

Xatırladaq ki, "Mardan Palace” hoteli əslən Azərbaycandan olan rusiyalı iş adamı Telman İsmayılova məxsusdur. Hotelin tikintisinə 1,5 milyard dollar xərc çəkilib.
T.Bilgiçin sözlərinə görə, hazırda hər iki ölkənin Silahlı Qüvvələri bu məsələ ilə bağlı müzakirələr aparırlar: "ABŞ-la yalnız İŞİD-ə qarşı mübarizəyə dair razılığa gəlinib. Suriyada kürd döyüşçülərə havadan dəstək verilməsi razılaşmaya daxil deyil”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM