• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Telman İsmayılovla bağlı şok məhkəmə qərarı

Telman İsmayılovla bağlı şok məhkəmə qərarı
08.07.2014 12:09
Kıbrıs Rum məhkəməsi Antalyada 1,4 milyard dollara yeddi ulduzlu “Mardan Palace” otelini inşa etməsi səbəbiylə Rusiya prezidenti Vladimir Putinin “Pulları sağa-sola xərcləyir” deyə reaksiya bildirdiyi milyarder rus iş adamı Telman İsmayılovun sərvətini dondurub.ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rum məhkəməsi, bir rus şirkətinin 100 milyon dollarlıq borca görə Telman İsmayılovun Şimali Kıbrısdakı şirkətinə qaldırdığı məhkəmə iddiasında, “Mardan Palace” otelinə ipoteka qoyub. Antalyadakı lüks otelin möhtəşəm açılışından sonra dünya mediasında diqqətləri çəkən 58 yaşındakı Telman İsmayılovun, Azərbaycan dövlətinin ikili vətəndaşlığını qəbul etməməsindən dolayı rus və türk kimliyi var.T.İsmayılovun mərkəzi Kıbrıs Rum idarəçiliyində fəaliyyət göstərən “Tandum“ şirkətinə iddia qaldıran Sezerioa şirkətinin müdir köməkçisi Roman Zikov məsələ ilə bağlı “Kommersant” qəzetinə açıqlama verib:“4 il öncə Telman İsmayılovun şirkətinə 100 milyon dollarlıq kredit verdik. 2013-cü ilin sonuna qədər borcu ödəməli idi. Ancaq təyin edilən vaxtda borcun ödənilmədiyi haqda məlumat verildi. Həmçinin borcun nə zaman ödəniləcəyi barədə də məlumat verilmədi. Bu səbəblə Telman İsmayılovun şirkətinə dava açdıq. Alacağımız məbləğ faizlə birliktə 135 milyon dollardır. Bu hüquqi olaraq ilk addımdır. Kıbrısda aldığımız qərar İngiltərədə beynəlxalq təhkimə gedəcək”.Zikovun verdiyi açıqlamaya görə, Lefkoşa Rum ərazisindəki bölgə məhkəməsi də Telman İsmayılovun Antalyadakı “Mardan Palace” otelindən başqa, Moskvadakı bütün daşınmaz əmlakını da dondurmaq qərarı verib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu başlayıb
Dünya 16:12
İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu başlayıb
Tramp Apple-ı tariflərlə hədələyib
Dünya 16:11
Tramp Apple-ı tariflərlə hədələyib
ABŞ Harvard universitetinə xarici tələbə qəbulunu qadağan edib
Dünya 08:28
ABŞ Harvard universitetinə xarici tələbə qəbulunu qadağan edib
G7 Rusiyaya xəbərdarlıq edib
Dünya 08:01
G7 Rusiyaya xəbərdarlıq edib
Aİ Macarıstanın səsvermə hüququndan məhrum edə bilər
Dünya 07:54
Aİ Macarıstanın səsvermə hüququndan məhrum edə bilər
Finlandiya Rusiyanın hərbi fəallığı fonunda müdafiəsini gücləndirir
Dünya 07:49
Finlandiya Rusiyanın hərbi fəallığı fonunda müdafiəsini gücləndirir
İran nüvə şəffaflığını sanksiyaların ləğvi ilə şərtləndirib
Dünya 07:44
İran nüvə şəffaflığını sanksiyaların ləğvi ilə şərtləndirib
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Dünya 22:58
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Tramp və Netanyahu arasında telefon danışığı olun
Dünya 21:30
Tramp və Netanyahu arasında telefon danışığı olun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol