Qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin adı məlum olub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya açıqlamasında bildirib ki, bu gün saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov isə APA-ya açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı çayı keçərkən saxlanılıb.
Saat 16 radələrində Tovuz rayonun Əlibəyli kəndində çayı keçərkən kənd sakinləri tərəfindən saxlanılan şəxs hərbçilərə təhvil verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Tovuz rayonunda ələ keçirilən şəxsin erməni diversiya qrupunun üzvü olduğu deyilib. O da bildirilib ki, həmin şəxs tutularkən silahlı olub.
APA