Təminat Fondu dövlət qurumlarının 494 mln manat öhdəliyini qarşılayıb

18:17 | 21.05.2022
Təminat Fondu dövlət qurumlarının 494 mln manat öhdəliyini qarşılayıb

Təminat Fondu dövlət qurumlarının 494 mln manat öhdəliyini qarşılayıb

Ötən il "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitindən ümumilikdə 1 milyard 373,6 milyon manat, o cümlədən 1 milyard 215,4 milyon manat, 58 milyon ABŞ dolları (98,7 milyon manat) və 29,8 milyon avro (59,5 milyon manat) istifadə edilib.

Bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" haqqında hesabatda bildirilib.

Sənədə əsasən, istifadə edilmiş vəsaitin 880 milyon manatı "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.20-ci maddəsinə əsasən dövlət büdcəsinə transfert edilib. Bununla yanaşı, bir sıra dövlət müəssisələrinin dövlət zəmanətli borcları üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən, ümumilikdə 493,6 milyon manat, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin 215,1 milyon manat, "Azərenerji” ASC-nin 101,2 milyon manat, "Azərbaycan Hava Yolları” QSC-nin 34,8 milyon manat, "Azərişıq” ASC-nin 22,5 milyon manat və "Aqrarkredit” QSC-nin 120 milyon manat məbləğindəki öhdəlikləri Təminat Fondunun vəsaiti hesabına icra olunub. Təminat Fondunun avro ilə əməliyyatları üzrə avronun manata qarşı məzənnəsinin dəyişməsi ilə əlaqədar ilin sonuna 2,1 milyon manat məbləğində mənfi məzənnə fərqi yaranıb.
Hesabat ili ərzində Təminat Fonduna 235,4 milyon manat məbləğində vəsait daxil olub. Daxil olan vəsaitin 34,3 %-i və ya 80,8 milyon manatı borc sazişləri, yerləşdirilmiş vəsaitlərə hesablanmış faiz və dövlət zəmanətinin verilməsi ilə bağlı haqlar üzrə daxilolmalar təşkil edib. Yerdə qalan 154,6 milyon manat məbləğində vəsait isə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq dövlət borcuna xidmət ilə əlaqədar nəzərdə tutulmuş xərclərin icrası zamanı yaranmış qənaətin payına düşür.

2021-ci ilin sonuna "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun qalığı 24 milyon manat və 480 milyon ABŞ dolları (manat ifadəsində 840 milyon manat) təşkil etmişdir və ya 2021-ci ilin əvvəli ilə müqayisədə 127,7 milyon manat azalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb