Ötən ay 28 aptekdə yoxlama aparılıb

15:06 | 05.11.2024
Ötən ay 28 aptekdə yoxlama aparılıb

Ötən ay 28 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparıb. Bu barədə Mərkəzdən məlumat verilib.

Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.


Məlumatda bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM