Ötən ay Azərbaycana idxal edilmiş buğdanın orta qiyməti azalıb

14:47 | 21.11.2023
Ötən ay Azərbaycana idxal edilmiş buğdanın orta qiyməti azalıb

Ötən ay Azərbaycana idxal edilmiş buğdanın orta qiyməti azalıb

2023-cü ilin oktyabrında Azərbaycana idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 410.26 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.9% və ya 158.89 manat azalıb.  Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bldirilib.
 
Belə ki, 2022-ci ilin oktyabrında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 569.15 manat təşkil edib.

Bu ilin oktyabrında ölkəyə idxal edilən buğdanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 156 947 ton təşkil edib.

2023- cü ilin sentyabrında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
 
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır. 
 
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir. 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM