SOCAR-dan ANN.Az-a verilən məlumata görə, 2015-ci ilin avqust ayı ərzində 2 milyon 205 min 834 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 880 min 458 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 18 milyon 898 min 796 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 280 milyon 837 min 886 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !