Yanvarda qeydə alınmış cinayətlər 33,8% azalıb

11:54 | 12.02.2024
Yanvarda qeydə alınmış cinayətlər 33,8% azalıb

Yanvarda qeydə alınmış cinayətlər 33,8% azalıb

2024-cü ilin yanvarında qeydə alınmış cinayətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,8% azalıb. Bunu anews.az-a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
 
"2023-cü ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvarında hərbi xidmət əleyhinə olan cinayətlər 18,5%, qeyri-hərbi cinayətlər 44,9%, hərbi xidmətdən yayınma cinayətləri 45,2%,  hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35, 3% hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7%və mülkiyyət əleyhinə olan cinayətlər 22,7% azalıb”, - Əliyev qeyd edib.
Əliyev bildirib  ki, 2024-cü ilin yanvarında qeydə alınmış cinayətlərin 100%-nin üstü açılıb.
 
Onun sözlərinə görə, yanvarda özünü öldürmə həddinə çatdırma cinayətləri ümumiyyətlə qeydə alınmayıb.

 
Aygün

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM