Ötən gecənin yanğın statistikası

18:43 | 01.01.2014
Ötən gecənin yanğın statistikası

Ötən gecənin yanğın statistikası

Sabirabadın Əsədli kəndində ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabəndən ibarət evin 2 otağının tavanı 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Şəmkirin Yeniabad kəndində ümumi sahəsi 256 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət şəxsi evin eyvanının lambirdən ibarət tavanı 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Göyanboy rayonunun Ağamalıoğlu kəndində şəxsi həyətyanı sahəyə yığılmış 16 ton ot bağlamasının 12 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

 

Şəmkir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

 

Bakının Suraxanı rayonunda "QAZ" markalı yük avtomobilinin banına yığılmış məişət tulantıları və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hacıqabul rayonunun Meyniman kəndində  vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

 

Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 11 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Lənkəran rayonunda məxsus ümumi sahəsi 360 kv.m olan şəxsi birmərtəbəli 4 otaqlı evin hamamının tavanı 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Tovuz şəhərində "Opel" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza baş verib. Yanğın nəticəsində "VAZ" markalı avtomobilin salonu və mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqakı avtomobillər yanğından mühafizə olunub.

 

Astara şəhərində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Bakının Nizami rayonunda ümumi sahəsi 32 kv.m olan şəxsi ikiotaqlı evin eyvanına yığılmış stol və stul 5 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

 

Bakının Nərimanov rayonunda fiziki şəxsə məxsus ümumi sahəsi 40 kv.m olan qarajın üstünə yığılmış taxta yeşiklər yanıb. Qaraj yanğından mühafizə olunub.

 

Şəmkir şəhərində ümumi sahəsi 200 kv.m olan şəxsi birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin girişində lambirdən ibarət tavan 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb