Ötən gün 2476 nəfər toylara buraxılmayıb

20:30 | 28.07.2021
Ötən gün 2476  nəfər toylara buraxılmayıb

Ötən gün 2476 nəfər toylara buraxılmayıb

Ötən gün 2 476 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Iyulun 27-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 295 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 211 şadlıq sarayında, 84 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM