Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb

11:24 | 22.06.2024
Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb

Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb

İyunun 21-də riyaziyyat fənni üzrə keçirilən sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərdən 38-i maksimum bal toplayıb.Bu barədə "Azərbaycan müəllimi" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, ötən gün keçirilən test imtahanlarında 8 580 təhsilverən iştirak edib. Prosesin ilk günündə 97% davamiyyət qeydə alınıb. Test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində təşkil olunub.

İmtahanda ölkə üzrə 38 təhsilverən riyaziyyat fənni üzrə maksimum bal toplayıb. Onlardan biri rus, qalanları isə Azərbaycan bölməsi üzrə maksimum – 60 bal toplamağa müvəffəq olublar. Həmçinin riyaziyyat fənni üzrə maksimum bal toplayan müəllimlərdən 3-ü kişi, 35-i isə qadın müəllimlərdir.

Maksimum bal toplayan müəllimlərin ən yaşlısının 56, ən gəncinin isə 27 yaşları olub. Ümumilikdə həmin müəllimlərin yaş ortalaması 36.5 olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür