Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

16:20 | 18.03.2024
Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə 11-17 mart 2024-cü il tarixində 7 tank əleyhinə mina, 31 piyada əleyhinə mina, 202 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilir ki, 1394.5 hektar ərazi minalardan təmizlənib.
 
2023-cü ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Azərbaycan hazırda ərazilərin minalanmasına görə dünyada ilk onluqdadır.  Avropada isə ilk 3-lükdədir. 
 
Bundan əvvəl ANAMA açıqlama verərək bildirib ki, Ermənistan Azərbaycana azad olunmuş ərazilərdə mianalanmış sahələrlə dair 8 ədəd formulyarı verib, lakin formulyarlar qeyri-dəqiqdir.
 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM