Ötən il Bakı Apellyasiya Məhkəməsinə daxil olan icraatların sayı açıqlanıb

11:20 | 05.02.2024
Ötən il Bakı Apellyasiya Məhkəməsinə daxil olan icraatların sayı açıqlanıb

Ötən il Bakı Apellyasiya Məhkəməsinə daxil olan icraatların sayı açıqlanıb

2023-cü ildə Bakı Apellyasiya Məhkəməsində bütün icraatlar üzrə 23186 iş daxil olub, 17864 işə mаhiyyəti üzrə bаxılaraq yekun qərar qəbul edilib. Bu barədə Bakı Apellyasiya Məhkəməsindən məlumat  verilib.
 
Bildirilir ki, il ərzində 1972 iş üzrə mаhiyyətinə aid olmayan digər qərаrlar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsində Cinayət kollegiyası tərəfindən baxılmış 2079 cinayət işindən 1300 iş üzrə məhkəmə qərarı qüvvəsində saxlanılıb, 197 iş üzrə məhkəmə qərarı ləğv olunub, 582 iş üzrə isə məhkəmə qərarı dəyişdirilib.

Mülki kollegiya tərəfindən baxılmış 5953 işdən 3752 iş üzrə məhkəmə aktı qüvvəsində saxlanılıb, 1866 iş üzrə məhkəmə aktı ləğv olunub, 335 iş üzrə məhkəmə aktı dəyişdirilib.

İnzibati kollegiya tərəfindən baxılmış 3254 işdən 2521 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 697 iş üzrə məhkəmə aktı ləğv olunub, 36 iş üzrə məhkəmə aktı dəyişdirilib.

Kommersiya kollegiyası tərəfindən baxılmış 897 işdən 598 iş üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 254 iş üzrə məhkəmə aktı ləğv olunub, 45 iş üzrə məhkəmə aktı dəyişdirilib.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM