Ötən il 44 min 500 qadın işlə təmin olunub- Nazir müavini

14:46 | 06.03.2024
Ötən il 44 min 500 qadın işlə təmin olunub- Nazir müavini

Ötən il 44 min 500 qadın işlə təmin olunub- Nazir müavini

2023-cü ildə 44 min 500 qadın işlə təmin olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi nazir müavini Hidayət Abdullayev bildirib.

"Ötən il 427 min qadın aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. 5300 qadın əmək bazarına uyğun olan peşə kurslarına cəlb edilib",- nazir müavini martın 6-da keçirilən "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda keçirilən tədbirində deyib.
 
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası 2017-ci  ildə ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə yaradılıb.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM