Ötən il ASAN Xidmətlə İş Departamenti 323601 müraciət daxil olub

12:17 | 21.02.2024
Ötən il ASAN Xidmətlə İş Departamenti 323601 müraciət daxil olub

Ötən il ASAN Xidmətlə İş Departamenti 323601 müraciət daxil olub

2023-cü ildə "Azərişıq"ın "ASAN xidmət”lə İş Departamenti tərəfindən ümumilikdə 323 601 müraciət qəbul olunub.  Bunu ASAN xidmətl”ə İş departamentinin direktor müavini İnam Yusifov bildirib.
 
"Müraciətlərin 8314 ədədi elektron şəkildə, 315287 ədədi isə xidmət mərkəzlərində qəbul olunub",- direktor müavini  fevralin 21-də keçirilən Azərişıq ASC-nin "ASAN Xidmət"lə İş Departamentinin 2023-cü il üzrə hesabatında deyib.
 
O bildirib ki, sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə 7985 müraciətdən 3930 müraciət elektron şəkildə qəbul olunub.
 
2023-cü ilin nəticələrinə görə "Azərişıq" ASC-nin elektrik enerjisi üzrə elektrik enerjisinin itkiləri səviyyəsi 8,6% təşkil edib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM