Ötən il Azərbaycana idxal edilən məhsulların inflyasiyası azalıb

18:13 | 16.02.2024
Ötən il Azərbaycana idxal edilən məhsulların inflyasiyası azalıb

Ötən il Azərbaycana idxal edilən məhsulların inflyasiyası azalıb

2023-cü ilin yanvar-dekabr aylarında idxal olunan məhsulların qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,7% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə,2022-ci ilin yanvar-dekabr aylarında bu göstəricinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 22.2% artmışdı. Beləliklə ötən il idxalın inflyasiyası 5.5 faiz bəndi azalıb.

2023-cü ilin yanvar-dekabr aylarında ixrac olunan məhsulların qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 27.9% azalıb.

İxrac olunan qeyri neft-qaz məhsullarının qiymət isə 2023-cü ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7% artıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM