Ötən il Azərbaycanda 17 sürücü qəza nəticəsində həyat yoldaşlarını itirib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, respublika və paytaxt ərazisində sürücülərin yol hərəkəti qaydalarına ciddi əməl etməsi ilə bağlı aparılan təbliğata baxmayaraq, 2022-ci il ərzində yollarda baş verən yol-nəqliyyat hadisələri təhlil edilən zaman təəssüf doğuran statistik rəqəmlər ortaya çıxır:
"2022-ci il ərzində yol verilən qayda pozuntuları zaman baş verən qəzalarda 17 sürücü həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !