2023-cü ildə Azərbaycanda 12 milyard 210 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 3 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsində məlumat yayılıb.
Son bir ildə bitkiçilik məhsullarının dəyəri 2,7 % artaraq 5 milyard 933 milyon manat təşkil edib, heyvandarlıq məhsullarının dəyəri 3,2 % artaraq 6 milyard 276 milyon manat olub.
2023-cü ildə qarğıdalı da daxil olmaqla 948,3 min hektar sahədən, hər hektardan orta hesabla 33 sentner olmaqla, ilkin çəkidə 3 milyon 248,6 min ton dənli və dənli paxlalı bitkilər toplanılıb. 2022-ci illə müqayisədə 2,8 % çox məhsul götürülüb.
2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 647,7 min ton ət, 2 milyon 284 min ton süd, 2 milyon 188,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub. 2022-ci illə müqayisədə ət istehsalı 3,1 %, süd istehsalı 0,9 %, yumurta istehsalı 8,4 %, barama istehsalı 4,6 % artıb, yun istehsalı isə 3,9 % azalıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !