Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 min 464 nəfər (onlardan 2,8%-i əcnəbilər) cinayət törədən şəxs müəyyən edilib ki, onların da 98,8%-i cinayət məsuliyyətinə cəlb olunub, 1,2%-i isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərdən 70,3 faizi heç yerdə işləməyən və oxumayanlar olub. Cinayət törədənlərin 0,4%-ini (14 nəfər) yetkinlik yaşına çatmayanlar, 23,6%-ini (817 nəfər) 18-29 yaşlı gənclər təşkil edib.
2019-cu ildə müsadirə edilən 3 min 317,5 kiloqram narkotik maddələrin 2 min 66,6 kiloqramını heroin, 822,1 kiloqramını marixuana, 288,2 kiloqramını tiryək, 22,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 4 kiloqramını kokain, 113,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !