Qətər Şeyxi Mançester Yunayted-i 7,5 milyard dollara alır

21:56 | 08.06.2023
Qətər Şeyxi Mançester Yunayted-i 7,5 milyard dollara alır

Qətər Şeyxi Mançester Yunayted-i 7,5 milyard dollara alır


Qətər Şeyxi Mançester Yunayted-i 7,5 milyard dollara almaq təklifi ilə çıxış edib. Bu barədə The Guardian xəbər verir. 
 
Qətər İslam Bankının sədri və Qətərin keçmiş baş nazirinin oğlu Şeyx Casim bin Həməd Al Tani bu həftə İngiltərənin "Mançester Yunayted" futbol klubunu almaq üçün beşinci və son təklifini təqdim edib.

Komandanın 100% payını 6 milyard funt-sterlinqə (7,53 milyard dollar) almaq üçün təkmilləşdirilmiş təklif qəbul edilməsə, Əl-Tani cümə günü danışıqlardan çəkiləcək.

Qəzet yazır ki, qətərli bankir və onun müşavirləri prosesin uzanmasından məyusdurlar. "Mançester Yunayted”in sahibləri, amerikalı Qleyzerlər ailəsi keçən ilin noyabr ayından bu klubu satırlar.

Daha əvvəl Qleyzerlərin düz 6 milyard funt-sterlinq almaq istədiyi bildirilirdi.

"Mançester Yunayted”in satın alınması üçün təklifləri həmçinin "İneos” kimya şirkətinin rəhbəri Cim Ratkliff və fin sahibkar Tomas Zilliakus təqdim edib.

Klubu idarə edən "Mançester Yunayted" cümə axşamı Nyu-York ticarətində 1% ucuzlaşıb. Son 12 ayda onun kapitallaşması 55,4% artaraq 3,09 milyard dollara çatıb.
 
N.Təbrizli







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb