Ötən il Azərbaycanda yol qəzalarında 821 nəfər ölüb

18:30 | 21.01.2020
Ötən il Azərbaycanda yol qəzalarında 821 nəfər ölüb

Ötən il Azərbaycanda yol qəzalarında 821 nəfər ölüb

Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər ölüb, 1702 nəfər xəsarət alıb.
 
"Report"un xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində deyib
.
Rəisin sözlərinə görə, bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində ölənlərin sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.

Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər ölüb, 527 nəfər xəsarət alıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM