2023-cü ildə Azərbaycanın İtaliyaya qeyri-neft ixracı 40 milyon dollar olub. Bunu AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı deyib.
"Bu onu göstərir ki, hər iki ölkənin inkişaf etməsi üçün gələcəkdə böyük işlər görülməlidir" , - Hacılı Azərbaycan-İtaliya biznes forumunda çıxışında qeyd edib. Azərbaycan-İtaliya biznes forumunda çıxışında qeyd edib.
O bildirib ki, Azərbaycan kənd təsərrüfatı sektorunun inkişafına fokuslanıb.
"Kənd təsərrüfatı sektorunun inkişafı, dəyər zəncir bizim üçün önəmlidir. Azərbaycan geniş anlamda bu sektorun inkişafı üçün həm xarici, həm də yerli şirkətləri təşviq edir. 30 il işğal altında olan torpaqların azad olunması kənd təsərrüfatının inkişafına töhvə verəcək imkanlara sahibdir" , -o əlavə edib.

Aygün Mirakif
Bizi sosial şəbəkələrdə izləyin !