Ötən il Bakı metrosundan istifadə edənlərin sayı 2,3 dəfə artıb

14:26 | 17.03.2023
2022-ci il Bakı  Metropoliteni tərəfindən 208,7 milyon sərnişin danışıb, bu da 20221-ci illə müqayisədə 2,3 dəfə çoxdur.  Bu barədə Nazirlər Kabinetinin 2022-ci ilə aid hesabatında qeyd olunub. 
 
Hesabata görə, ötən il Bakı Metropoliteninə ayrılmış 94,5 milyon manat vəsaitin 45 milyonu tikintiyə, 49,5 milyon manatı isə hərəkət tərkibinin yenilənməsi üçün ayrılıb. 
 
Ayrılmış vəsaitinin hesabına "Xocahəsən" elektrik deposunun I mərhələsi üzrə işlər tamamlanaraq istismara verilib. 
 
Hesabat ilində "Bakı Metropoliteni" QSC üzrə metro vaqonlarının inventar parkı 329 ədəd təşkil edib.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb