• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il “Cənub Qaz Dəhlizi”nin şəxsi kapitalının miqdarı açıqlanıb

Ötən il “Cənub Qaz Dəhlizi”nin şəxsi kapitalının miqdarı açıqlanıb
01.02.2024 12:44
2023-cü ilin sonuna  "Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin şəxsi kapitalı 2,4 milyard dollar olub. Bu barədə "Fitch Ratings” beynəlxalq reytinq agentliyi xəbər verib. 

Nizamnamə kapitalına təşkilata məxsus olan bütün əmlak, o cümlədən nizamnamə, əlavə və ehtiyat kapitalı, bölüşdürülməmiş mənfəət daxildir.
 
Ötən ilin sonuna SGC-nin maliyyələşməsi dövlət tərəfindən ödənən borcu 6,4 milyard dollar olub. 
 
"SGC 2020-2023-cü illərdə yeni borc götürməyib, ancaq ötən ilin sonuna onun ümumi borc ehtiyatının təxminən 72 %-i Dövlət Neft Fondunun buraxdığı istiqrazlar və avrobondlar, 28 %-i isə beynəlxalq maliyyə institutlarının kreditləri və onlar tərəfindən dəstəklənən kreditlər təşkil edib”, - "Fitch” bildirib. 

Cari ildə "Cənub Qaz Dəhlizi” (SGC) QSC ümumi nağd pula olan ehtiyaclarını "Şahdəniz”, "Cənubi Qafqaz Boru Kəməri”, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan vəsaitlər və yığılmış pul vəsaitləri hesabına təmin edəcəyi proqnozlaşdırır. Buna səbəb onun bütün layihələrinin istismara verilməsidir.

SGC Prezidentin "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə, "Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.
 
SGC nizamnamə kapitalı 2 milyard 415,8 milyon dollardır. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Azərbycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
 
Aygün 
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol