2023-ci ildə daxili işlər orqanlarına erkən nikahla bağlı 50 müraciət daxil olub. Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Emin Nəsirli bildirib.
"Ötən il daxili işlər orqanlarına erkən nikahla bağlı 50 müraciət daxil olub. Bu müraciətlərdən 20 fakt üzrə cinayət işi başlanıb",- Baş inspektoru Emin Nəsirli erkən nikahlarla bağlı müzakirə tədbirində jurnalistlərə açıqlamasında bildirib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !