Ötən il ən çox hansı ölkə vətəndaşları Azərbaycandan ev alıb? - STATİSTİKA

17:35 | 21.02.2024
Ötən il ən çox hansı ölkə vətəndaşları Azərbaycandan ev alıb? - STATİSTİKA

Ötən il ən çox hansı ölkə vətəndaşları Azərbaycandan ev alıb? - STATİSTİKA

2023-cü ildə Azərbaycandan əmlak alan xarici vətəndaşların sayı 1689 nəfər olub, bu da əvvəlki illə müqayisədə 112 ev çoxdur. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. 
 
Bildirilir ki, əmlak alanlar sırasında ilk beşlikdə Rusiya (1129), Gürcüstan (143), Türkiyə (121), Ukrayna (41), İran (41) dayanır.
 
2022-ci ildə ölkədə əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 1577 nəfər ev alınıb.
 
Ümumilikdə 2023-cü il Azərbaycandan 38 ölkə vətəndaşı ev alıb, 2022-ci il isə bu say 36 olub. 
 

 
Aytac Zeynalova





















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM