Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb

16:08 | 17.01.2025
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb

Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb

2024-cü ilin on iki ayında ölkədə əsas kapitala 21435,1 milyon manat qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Son on iki ayda neft-qaz sektoruna investisiyaların həcmi 10,2% azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,3 % artıb.
 
Əsas kapitala qoyulan vəsaitin 84,7% daxili investisiyalar təşkil edib.
 
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib. 
 
Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura 12 milyarda yaxın vəsait xərclənib. 2026-ci ilə qədər bu vəsaitin 32 milyarda çatması gözlənilir. 
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM