2024-cü ildə əvvəlki illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bunu Baş prokuror Kamran Əliyev söyləyib.
"Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 27 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib. Həmçinin 2020-ci il mayın 1-i tarixdən hazıradək isə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 43 qəsdən adam öldürmə cinayəti açılıb. Həmin işlərdən 35-i məhkəməyə göndərib (31-i üzrə ittiham hökmü çıxarılıb) 3 işin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilib, digərləri isə hazırda məhkəmə baxışındadır",- Baş Prokuror yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası zamanı deyib.
Baş Prokurorun sğzlərinə görə,ötən il daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
2023-cü ildə Azərbaycanda əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !