2023-cü ildə Azərbaycanda "GooglePay” ödәniş hәlli vasitәsilә 813,2 manatlıq ödəniş həyata keçirilib, bu da 2022-ci illə müqayisədə 9,5 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının illik "Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Hesabat dövründə "GooglePay” ödәniş hәlli vasitәsilә ödənişlərin sayı isə 9,9 artaraq 39,6 milyon ədədə çatıb.
2023-cü ildə Azərbaycanda "ApplePay” ödәniş hәlli vasitәsilә 1,9 milyard manatlıq ödəniş həyata keçirilib. Bu, 2022-ci illə müqayisədə 2,9 dəfə çoxdur.
Hesabat dövründə "ApplePay” ödәniş hәlli vasitәsilә ödənişlərin sayı isə 3,1 dəfə artaraq 67,5 milyon ədədə çatıb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !