2023-cü ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB evlərində sahibkarlara 371 304 xidmət göstərilib.
Bu barədə KOBİA məlumat yayıb.
Bildirilir ki, bunun 77,6 %-ni və yaxud 288 mindən çoxunu Bakı,16,4 %-ni və yaxud 61 mindən çoxunu Yevlax, 5,9 %-ni və yaxud 22 minə yaxınını isə Xaçmaz KOB evi təmin edib.
Xidmətlərin 349 785-ni dövlət qurumları ("G2B”), 21 519-nu isə özəl qurumlar ("B2B”) göstərib. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 % təşkil edib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib.
Agentliyin fəaliyyətinə rəhbərliyi 7 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının maliyyə, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Agentliyin Müşahidə Şurasının sədri iqtisadiyyat naziridir.
Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !