2024-cü ildə milyarderlərin sərvəti 2 trilyon dollar artıb, bu da 2023-cü ildəkindən üç dəfə çoxdur. Bu barədə Britaniyanın "The Guardian" qəzeti yazıb.
"Ötən il qlobal miqyasda milyarderlərin sayı 204 nəfər artaraq 2769 nəfərə çatıb. Onların ümumi sərvəti 12 ay ərzində 13 trilyon dollardan 15 trilyon dollara yüksəlib ki, bu da uçotun başlanmasından bəri ikinci ən böyük illik artım hesab olunub", - məlumatda bildirilib.
Hesablamara görə, dünyanın 10 ən varlı adamının sərvəti gündə orta hesabla 100 milyon dollar artıb.
Ötən il yoxsulluq həddinin altında yaşayan insanların sayı 1990-cı ildən bəri, demək olar ki, dəyişməz qalıb və 3,6 milyarda yaxınlaşır ki, bu da dünya əhalisinin 44%-nə bərabərdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !