Ötən il muzdla çalışanların orta aylıq əməkhaqqı 933,8 manat olub

10:11 | 06.02.2024
Ötən il muzdla çalışanların orta aylıq əməkhaqqı 933,8 manat olub

Ötən il muzdla çalışanların orta aylıq əməkhaqqı 933,8 manat olub

2023-cü il muzdla işləyənlərin orta aylıq əməkhaqqı məbləği 933,8 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
 
2024-cü il yanvarın 1-nə olan məlumata görə, muzdla çalışanların 899,1 min nəfəri dövlət sektorunun, 842,7 min nəfəri isə özəl sektorun payına düşüb. 
 
Dövlət Statistika Komitəsinin son açıqlamasına görə dövlət müəssisndə çalışanların əməkhaqqı 886,8 manat, özəl iş yerlərində isə 958,5 manat olub.
 
2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 min nəfər və ya 1,6 faiz artaraq 1732,5 min nəfər olub ki, onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 829,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM