"Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub",- Kamran Əliyev yanvarın 27-də Baş Prokurorluğun Geniş Kollegiya iclası zamanı vurğulayıb.
2023-cü ildə prokurorluq orqanları tərəfindən vətəndaşlara ziyan vuran şəxslərə 76,5 milyona yaxın məbləğdə ziyan ödətdirilib. Prokurorluq orqanları tərəfindən 76 milyon 223 min 179 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !