2023-cü ildə ölkədə ümumilikdə abonentlərin 47,1 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev bildirib.
Bildirilib ki, təbii qazla təmin olunan 1 milyon 199 min 375 abonent ötən il qaz istifadəsi limitini keçməyib.
"Ötən il 998 min 946 abonent, yəni ümumi abonentlərin 39,3 %-i 20 qəpik, 346 min 557 abonent isə (abonentlərin 13,6 %-i) 25 qəpik tarifi ilə qaz istifadə ediblər",- nəzarət şöbəsinin rəisi media üçün keçirilən "Açıq qapı” aksiyasında vurğulayıb.
2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !