"2023-cü ildə ixrac edilmiş qeyri-neft məhsullarının 2.213 milyon dolları sənayenin, 878 milyon dolları ilkin kənd təsərrüfatı məhsullarının, 257 milyon dolları kənd təsərrüfatı emalının payına düşüb. Ötən il qeyri-neft məhsulları 110 ölkəyə ixrac edilib. Azərbaycan məhsulları əsasən Rusiya, Türkiyə, Gürcüstan, Isveçrə, Qazaxıstan, Türkmənistan, Ukrayna, BƏƏ, Qırğızıstan, Rumıniya ixrac edilib. Son 3 ildə qeyri-neft məhsullarının ixracı 82% artıb. Hesabat dövründə "Azərenerji" ASC 402 milyon dollar, ARDNŞ "Marketinq və İqtisadi Əməliyyatlar" idarəsi 374 milyon dollar, "Socar Polymer" MMC 297 milyon dollar, "Azəralüminium" MMC 128 milyon dollar, "Azergold" QSC - 125 milyon dollar, "MKT İstehsalat Kommersiya" MMC - 89 milyon dollar, "Baku Steel Company" QSC 63 milyon dollar, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin AR nümayəndəliyi - 59 milyon dollar, "Best Logistik" MMC 44 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.", - Abdullayev yanvarın 29-u 2023-cü ilin yekunlarına dair mətbuat konfransında qeyd edib.
Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında "Word Fond Moscov 2023" və "Anqua 2023" sərgilərində 2.6 milyon dollar dəyərində ixrac müqavilələri imzalanıb.
Abdullayev bildirib ki, sərgilərin effektini 6, 9, 12, 18 ayda görmək olur.
O qeyd edib ki, hazırda Agentliyin ənənəvi ticarət evləri fəaliyyət göstərir.
"8 xarici ölkədə 12 ticarət evi var. 2023-cü ildə 2023-cü ildə Pekin və Sian şəhərlərində daha iki Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb. 2023-cü ildə TN Aparatının dəstəyi ilə Çinə qida, içki məhsulları və xalçaların ixracı üzrə 2.1 milyon dəyərində 7 müqavilə imzalanıb", - o əlavə edib.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !