Ötən il Türkiyəyə köçən xaricilərin 8%-dən çoxu Azərbaycan vətəndaşı olub

10:50 | 23.07.2024
Ötən il Türkiyəyə köçən xaricilərin 8%-dən çoxu Azərbaycan vətəndaşı olub

Ötən il Türkiyəyə köçən xaricilərin 8%-dən çoxu Azərbaycan vətəndaşı olub

2023-cü ildə Türkiyəyə köçən xaricilərin 8.2 faizi Azərbaycan vətəndaşı olub.


Bu barədə Türkiyə KİV-i məlumat yayıb.


Bildirilib ki, bu siyahıda ilk yeri Rusiya tutur. Belə ki, Türkiyəyə köçən xaricilərdən 13.2 faizi Rusiyadan olub.


Növbəti yerlərdə isə Türkmənistan (7.3 faiz), İran (6.7 faiz) və Əfqanıstan (5.9 faiz) qərarlaşıb.


Türkiyədən köçən xarici vətəndaşlar arasında ən çox pay sahibi 17 faiz ilə Rusiya vətəndaşlarına məxsusdur. Növbəti yerlərdə isə İraq (15.7 faiz), Əfqanıstan (8.3 faiz), İran (6.5 faiz) və Türkmənistandır (4.9 faiz).

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM