• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il yetkinlik yaşına çatmayan qızların nikaha məcbur edilməsi ilə bağlı bir cinayət işi açılıb

Ötən il yetkinlik yaşına çatmayan qızların nikaha məcbur edilməsi ilə bağlı bir cinayət işi açılıb
28.02.2024 11:15
2023-cü ildə yetkinlik yaşına çatmayan bir nəfərə erkən nikaha məcbur etməyə görə cinayət işi açılıb.. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib.
 
Onun sözlərinə görə, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib.
 
" 2022-ci illə müqayisədə 2021-ci ildə 361 nəfər artım olub. Erkən nikaha Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ rayonları qeydə alınıb. Ailə Məcəlləsinə əsasən, nikah yaşının bir yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib. Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 269 erkən evliliyin qarşısı alınıb",- şöbə müdiri erkən nikahlarla bağlı  müzakirə tədbirində deyib.
 
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Yalnız üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol