Ötən il Yevlax Pilot Aqroparkda rezidentlik statusu verilən subyektlərin sayı açıqlanıb

17:01 | 22.01.2024
Ötən il Yevlax Pilot Aqroparkda rezidentlik statusu verilən subyektlərin sayı açıqlanıb

Ötən il Yevlax Pilot Aqroparkda rezidentlik statusu verilən subyektlərin sayı açıqlanıb

2023-cü ildə Yevlax Pilot Aqroparkda 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında yazıb.
 
Bildirilib ki, rezident statusu almış sahibkarlıq subyektləri tərəfindən 51,2 milyon manat investisiyanın qoyulması və 305 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
 
Hazırda Azərbaycanda 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qa­radağ, Ağdam, Balaxanı və "Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 5 sənaye məhəlləsi (Hacıqabul, Neftçala, Masallı, Sa­birabad və Şərur sənaye məhəl­lələri) fəaliyyət göstərir. Mövcud sənaye zonalarında investisiya həcmi 7 milyard manatdan çox olan 138 sahibkarlıq subyekti re­zidentlik statusu daşıyır. 

İZİA-nın məlumatına görə, indiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri ya­radılıb. Növbəti mərhələdə səna­ye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisi­yanın yatırılması, 6 min 700-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulub. 

Aytac Zeynalova


.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM