Təqaüdçülərə ŞAD XƏBƏR

11:20 | 27.11.2013
Təqaüdçülərə ŞAD XƏBƏR

Təqaüdçülərə ŞAD XƏBƏR

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşməsini vaxtından əvvəl başa çatdırıb. Fondun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi noyabrın 25-dək tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub. Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Bu müddət ərzində Fondun gəlirləri 2,208 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4% çoxdur. Sosial sığorta gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 12% artaraq 1,253 mlrd. manata çatıb. Bu ilin 10 ayı ərzində Fondun xərcləri 2,119 mlrd. manat olub və bunun 98%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Bu dövrdə Azərbaycan prezidentinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən iki sərəncamı icra olunub. Nəticədə, əmək pensiyalarının orta aylıq məbləği 170 manata, minimum məbləği 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 45%-ə çatdırılıb. Qeyd edək ki, 2013-cü il oktyabrın 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 274 342 nəfər təşkil edir. Əmək pensiyası alan şəxslərin 39,5%-i kişilərdən, 60,5%-i isə qadınlardan ibarətdir. Onlardan 62,2%-i yaşa görə, 27,1%-i əlilliyə gərə, 10,7%-i ailə başçısını itirdiyinə görə əmək pensiyası alır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti