Təqaüdçülərin yaşaması üçün ən yaxşı ölkə Ekvadordur.
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu reytinqi Amerikanın "İnternational Living” jurnalı tərtib edib. Reytinq tərtib edilən zaman ölkədəki yaşam səviyyəsi, daşınmaz əmlakın qiyməti, iqlim və səhiyyə xidmətlərinin keyfiyyəti nəzərə alınıb. Jurnal Ekvadorda yaşam səviyyəsinin ABŞ-dan iki dəfə ucuz olduğunu bildirib. Reytinqdə Ekvadordan sonrakı mərhələləri Panama və Meksika tutub. Ümumi onluğa isə Malaziya, Kosta-Rika, Malta, İspaniya, Kolumbiya, Portuqaliya və Tailand düşüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !