Oktyabrın 19-20-də məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlər diaqnostik yoxlamadan keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
"Oktyabrın 19-20-də ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq və 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur", - məlumatda deyilir.
Məktəbəqədər təhsil müəssisələrində çalışşan pedaqoji heyət üçün avqustun 29-da onlayn sınaq imtahanı keçirilib.
Sənəd məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllimlərin peşarlıq səviyyəsini müəyyən etmək üçün hazırlanıb.
2024-cü ilin sonuna qədər məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllimlərin diaqonostik qiymətləndirilməsi aparılacaq.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !