Hansı şirkətlər Rusiyadan gedib?

23:47 | 13.03.2022
Hansı şirkətlər Rusiyadan gedib?

Hansı şirkətlər Rusiyadan gedib?

 
30 il əvvəl Sovet İttifaqında kommunizm  rejimi dağılar dağılmaz Qərb şirkətləri Rusiyaya ayaq açdı. 

İri qərb şirkətlərinin gəlişi Rusiyada yeni dövrün başlanğıcının simvolu oldu.  Ruslar McDonalds fast-food restoranlar şəbəkəsindən tutmuş Levi cins şalvarları və dəbdəbəli əşyalar istehsal edən məşhur Qərb brendlərinin acgöz istehlakçılarına çevrildi. 

İndi prezident Putinin Ukraynaya müdaxiləsindən sonra  daha çox şirkət Rusiyada fəaliyyətini dayandırıb.

Bəs görəsən hansı sektorlardan olan şirkətlər Rusiyadan gedir və hansılar getməyə tələsmir?

Fast food və içki nəhəngləri

McDonald's, Coca-Cola, Starbucks və Heineken, Rusiyada fəaliyyətini dayandırdıqlarını elan edən son şirkətlərdir.

McDonald's Rusiyadakı təxminən 850 restoranını müvəqqəti bağladı, Starbucks isə 100 qəhvə mağazasını qapatdı. 

Amati Global Investors fondunun meneceri Anna MacDonald deyir ki, şirkətlərin səhmdarları Rusiyadan gələn mənfəətdən imtina etdikləri üçün münaqişənin başında susan şirkət rəhbərləri hərəkətə gəlməli oldular. 

"Bu durum  şirkətlərin səhmlərinin qiymətinə təsir etdiyindən onlar başa düşdülər ki, belə davam edə  bilməz", -  Anna MacDonald BBC-ə deyib. 

Əsas rəqibi Coca-Cola-dan  daha çox məhsulla Rusiyada təmsil olunan  Pepsi qazlı içkilərin satışı və istehsalını dayandırdığını bildirdi. Amma Rusiyada  20.000 işçisi olan şirkət başqa məhsullarının  satışını (uşaq yeməyi və süd, - red) davam etdirəcəyini elan edib.

Qida şirkətləri Nestle, Mondelez, Procter & Gamble və Unilever Rusiyaya sərmayə qoymağı dayandırsalar da  zəruri malların satışını davam edəcəklərini bildirdilər. 

Pərakəndə satış

Dünyanın ən böyük kosmetika şirkətləri olan  L'Oreal və onun rəqibi Estee Lauder Rusiyada mağazalarını bağladı, onlayn satışı dayandırdılar. 

Michael Kors, DKNY, Clinique və Bobbi Brown brendlərini özündə cəmləşdirən Estee Lauder Rusiyada  təxminən 30 il fəaliyyət göstərir və bu ölkədə ən yüksək satış sahibi idi. 
 
Rusiya keçən il  öz böyüklüyünə görə, dünyada  faktiki beşinci ən böyük Avropa bazarı idi.  Onun dövriyyəsi  337,2 milyard funt sterlinq təşkil edirdi. Odur ki, böyük brendlər körpüləri yandırmaq istəmir və yenidən qayıtmaq şansı  varsa bu imkanı əldə saxlamağı düşünürlər.  

Məhz bu səbəbdən Burberry və Chanel  kimi lüks məhsullar satan pərakəndə satış  sahibləri  fəaliyyətlərini  "dayandırdıqlarını”   demir,  sadəcə  mağazalarını müvəqqəti bağladıqlarını söyləyirlər.  Bunu  Macro-advisory Limited konsaltinq şirkətinin baş icraçı direktoru Chris Weafer deyib.

Onun sözlərinə görə, ödəniş formalarına məhdudiyyətlərin qoyulması, gələcək qiymətlərlə bağlı qeyri müəyyənliyin yaranması və tələbatın kəskin artması "işgüzar mühit"i bir xeyli mürəkkəbləşdirib. Odur ki, şirkətlər rahatlıqla "fasilə götürmək" qərarını verə bilirlər. 

Məsələn, Rusiyada 502 mağazası olan dünyanın iri dəbli geyim satıcısı H&M və Zara İnditex-in sahibləri  Ukraynada baş verən "faciəli hadisələri" əsas gətirərək Rusiyada satışlarını artıq dayandırıblar.

Nike kimi digər brendlər isə sadəcə bildiriblər ki, Rusiyadakı müştərilərinə malların vaxtında çatdırılmasına zəmanət verə bilmirlər. 

GlobalData şirkətinin pərakəndə satış üzrə məsləhətçisi Maureen Hinton bildirir ki, digər brendlər də bu nümunəyə uyğun hərəkət edəcək. 

Boohoo, İsveç mebel nəhəngi Ikea və  pərakəndə geyim satıcısı olan Yaponiyanın Uniqlo şirkəti ilk  əvvəl "geyim həyat üçün zəruridir" deyib Rusiyadakı 49 mağazasını bağlamasalar da  sonda yenə fəaliyyətlərini dayandıranlar sırasına qoşuldular.  

Hətta Rusiyada postsovet dövrünün biznesinin simvolu olmuş Levi`s cins markası belə öz mağazalarını bağlayıb. Satışının 4%-nin Şərqi Avropa və Rusiyanın payına düşdüyünü deyən şirkət bəyan etdi ki, "hər bir işgüzar maraq çoxluğun yaşadığı insan əzabı ilə müqayisədə ikinci dərəcəlidir".  

Texnologiya

Rusiya bazarında çoxlu sayda smartfon satan Samsung şirkəti ölkədə məhsul satışını dayandırdığını elan etsə də mağazalarını bağlayacağını bildirmədi. 

Yaponiyanın Sony və Nintendo şirkətləri oyun konsollarının Rusiyada satışını, Sony isə "Gran Turismo 7" yarış oyununun təqdimatını dayandırdı.

Bunun ardınca Apple Rusiyada bütün məhsullarının  satışını durdurub, Apple Pay və Apple Maps kimi başqa  xidmətləri məhdudlaşdırıb.Onun mağazaları da bağlanıb. 

Macro-Advisory şirkətindən olan Kris Uifer hesab edir ki,  Apple kimi idxal məhsulları satan bir şirkət üçün belə qərar vermək çətin deyildi. 

"Şirkətlər onların adının Rusiya rejimi və Ukraynada baş verənlərlə bir assosiasiya edilməsini  istəmir.  Rusiyadakı biznesləri nə qədər gəlirli  olsa da  reputasiyanı itirmək riski ilə üzləşdikdə "dünyanın başqa bölgələri" onlar üçün daha önəmli olur.  

Yanlış məlumatlarla dolu olan bəzi texnoloji şirkətlər də Kremllə bağlı media orqanlarının öz platformalarında dərcini məhdudlaşdırır.

"Facebook” Rusiyada dövlət xəbər agentliklərinin səhifələrindəki faktları yoxlamağa başlayandan və onların dövlətə aid olduğunu işarələyəndən sonra rəsmi Moskva buna etiraz etdi.  Bu etiraz rədd edildiyindən Rusiyada Facebook bloklandı.  

Eyni zamanda TikTok Rusiyaya aid olmayan bütün kontenti Rusiya üçün bloklayıb və canlı yayımı dayandırıb.  Buna baxmayaraq, bu qərarın qəbuluna qədər yüklənmiş  kontent, o cümlədən dövlət tərəfindən dəstəklənən mediaların videoları saxlanılıb. 

Məsləhətçi şirkətlər

SSRİ dağıldıqdan sonra iri  konsaldinq və hüquq şirkətləri burada  fəalyyət göstərməyə başlayan ilklərdən idi. Amma onlar özlərini gözə soxmur, diqqətdən kənarda fəaliyyət göstərirdilər. 

"Böyük dördlük" adı altında məşhur olan mühasibat qrupuna aid - Deloitte, KPMG, EY və PricewaterhouseCoopers (PwC) şirkətləri Ukraynaya təcavüzə görə, artıq Rusiyada üzv şirkətlər saxlamaq istəmirlər. 

Aparıcı hüquq şirkəti olan Freshfields isə Rusiya dövləti ilə əlaqəli hər hansı  müştəri ilə işləməyəcəyini bildirirb. 

Başqaları isə deyir ki, öz müştəri bazalarına yenidən nəzər yetirəcəklər. 

Rusiyaya qarşı hansı sanksiyalar tətbiq ediləcək?

Rusiya yeni sanksiyalardan nə drəcədə  sarsılacaq?

Məsələn, McKinsey konsaltinq şirkətinin top meneceri internetdə yazıb ki, şirkət Rusiyanın dövlət və qeyri dövlət  qurumlarına artıq xidmət göstərməyəcək.  McKinsey şirkətinin rəsmi saytında bildirilir ki,  o, Rusiyanın 30 ən böyük şirkətindən 21-nə xidmət göstərib.

Neft və qaz

Ukraynada münaqişə başlayanda enerji şirkətləri birbaşa  təzyiqə məruz qalıb. 

BP Rusiyanın enerji nəhəngi Rosneft-də böyük paya sahib olsa da müharibənin başlamasından bir neçə gün sonra əməkdaşlığı  dayandıracağını açıqlayıb.  Bunun ardınca Shell, ExxonMobil və Equinor şirkətləri səhmdarların, eləcə də hökumətlərin və ictimaiyyətin təzyiqi  altında  Rusiyaya sərmayə qoyuluşunu azaldacaqları barədə söz verdilər. 

AJ Bell-in investisiya direktoru Russ Mouldun firincə, şirkətlər istəyir ki, onların  "doğru qərarlar qəbul etdiklərini hamı görsün".

Bu arada, Rusiya bazarının başqa bir iştirakçısı Total Energies ölkədə yeni layihələri maliyyələşdirməyəcəyini söylədi, lakin həmakarlarından (Rusiyada işləyən digər neft şirkətlərindən, - red) fərqli olaraq indiyə kimi etdikləri yatırımları satmağı planlaşdırmır. Bu yatırımların gələcək taleyi, yəni onları sata bilib bilməyəcəyi, geri alıb almayacaqları və ya onların sadəcə milliləşdiriləcəyi hələ bəlli deyil.

Əyləncələr

Rusiyadakı kinosevərlər daha Warner Bros-un yeni blokbasteri The Batman filminə baxa bilməyəcəklər, çünki şirkət ölkədə yeni filmlərin nümayişini dayandırıb. 

ABŞ kinorejissoruna Disney və Sony də qoşuldu, Turning Red animasiyasının premyeralarının və  Morbius da geri çəkildi. Disney  televiziya kanallarının Rusiyada yayımını dayandırıb.

Rusiya bazarına nisbətən yeni gəlmiş Netflix, ölkədəki fəaliyyətini dayandıraraq bütün "gələcək layihələri"nin reallaşmasına fasilə verib.  

Bütün şirkətlər qərarlarının qoyulan  sanksiyalarla deyil, Ukraynadakı "humanitar böhrana”  qarşı etirazla bağlı olduğunu bildirib.

Maliyyə şirkətləri

Nəhəng ödəniş sistemləri Visa, Mastercard, American Express və PayPal da etiraz olaraq Rusiya bazarını tərk etdi.

Rusiya bankları bu ödəniş sistemlərinin Rusiyanı tərk etməsinin onların müştərilərinə təsirini azaltdıqlarını bildirirlər. 

Məsələn, Sberbank bildirib ki, Rusiya ərazisində bütün ödənişlər milli ödəniş sistemi vasitəsilə həyata keçirildiyi üçün Visa və Mastercard-a məxsus kartlar Rusiya ərazisində işləməkdə davam edəcək.

Amma ölkə daxilində buraxılmış kartlar xaricdə, xaricdə buraxılan kartlar isə Rusiyada işləməyəcək.

ABŞ-ın investisiya bankı Goldman Sachs Rusiyadakı əməliyyatlarını dayandıran ilk bank oldu. 

Ondan sonra Rusiyanı tərk etdiyini bildirən JPMorgan öz qərarını normativ və lisenziya tələblərinə uyğun qəbul edildiyini bildirib.

Rusiyanı tərk etməmək planını müdafiə etdiyi üçün  tənqid olunan Almaniyanın Deutsche Bank-i da fəaliyyətini dayandırdığını və "Rusiyada heç bir  yeni biznes qurmayacağını"  bildirib. 

Yüngül avtomobillər

Jaguar Land Rover, General Motors, Aston Martin və Rolls-Royce münaqişə səbəbindən Rusiyada  avtomobil satışını  dayandıran avtomobil istehsalçıları ilə bir sıradadır. Tikinti texnikası istehsalçısı olan JCB də bütün əməliyyatlarını  dayandırıb.

Avtomobillər Böyük Britaniyanın Rusiyaya ən çox ixrac etdiyi məhsul olsa da keçən il Britaniya avtomobillərinin  Rusiyaya ixracı cəmi 1% təşkil edib. İnvestisiya üzrə analitik Russ Moldun fikrincə, bu səbəbdən avtomobil ixracının dayandırılması ilə bağlı istənilən qərar ölkə istehsalçılarına baha başa gəlməyəcək.

Avtomobillərin Rusiyaya daşınması onsuz da çətinləşə  bilər, çünki dünyanın iki ən böyük yük daşıma şirkəti MSC və Maersk tibbi və humanitar yüklərdən başqa  Rusiyaya və əks istiqamətdə  bütün daşımaları dayandırıb.


Səkinəxanım Məmmədova

www.anews.az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM