Fevralin 16-da Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
ANS TV-nin məlumatına görə, bu barədə İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayin məlumat verib. Bu səfər Azərbaycan Xarici Siyasət İdarəsinin rəhbəri Elmar Məmmədyarovun dəvəti ilə baş tutacaq. Bundan başqa İran və Azərbaycan yeni formatda da əməkdaşlıq etmək niyyətindədir.
"Mart ayında İranda, İran, Azərbaycan və Türkiyənin müştərək İqtisadi Komissiyalarının İqtisadiyyat nazirləri səviyyəsində üçtərəfli görüşü nəzərdə tutulur. Bizim prezidentlərimizin istəyi və iradəsi budur ki, İran, Türkiyə və İranın üçtərəfli əməkdaşlığı genişlənsin. Bundan əvvəl biz xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşlər keçirmişik. İndi artıq bunu iqtisadi sahədə də edəcəyik”, - deyə M.Pak Ayin bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !