Tərəvəzin qiyməti qalxdı - Azərbaycanda

13:05 | 23.08.2014
Tərəvəzin qiyməti qalxdı - Azərbaycanda

Tərəvəzin qiyməti qalxdı - Azərbaycanda

Kənd təsərrüfatı məhsullarının qiymətində son günlərdə qəfil artım baş verib. Əsasən də tələbat olan kənd təsərrüfatı mallarının qiymətinin belə qəfil bahalaşmasının səbəbi nədir? Bu sualla kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmova müraciət etdik.Ekspert deyir ki, Rusiyanın Qərbdən kənd təsərrüfatı mallarının idxalını dayandırmasından sonra bu ölkədə bazarın bizim üçün əlçatan olması yerli sahibkar və tədarükçüləri daha çox maraqlandırıb. Nəticədə istehsal olunan məhsulun bir hissəsi də ora gedib və ölkə daxilində qıtlıq yaranıb: "Qiymət artımı dalğası bir müddətdən sonra özünü göstərəcək. Növbəti mərhələdə əsas ərzaq məhsullarının qiymətinin artdığını müşahidə edəcəyik. Ət və ət məhsullarının, yumurtanın, meyvənin qiyməti artacaq. Bu da onunla bağlıdır ki, bu il az məhsul istehsal olunub və onun bir hissəsi qonşu ölkəyə gedib. Təklif azaldığı üçün bu məsələ bazarda özünü göstərib. Ola bilsin ki, bu boşluq digər ölkələrdən gətirilən məhsullarla aradan qaldırılsın. Hər halda, vəziyyətin necə olacağını zaman göstərəcək. Lakin bahalaşmanın olması labüddür". (Azadliq.info)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb